Operativ Məlumat Mərkəzi

Azərbaycan millisinin futbolçusu Almaniya klubu ilə vidalaşıb

1 dəq
Paylaş:
Azərbaycan millisinin futbolçusu Almaniya klubu ilə vidalaşıb
33 yaşlı yarımmüdafiəçi ilə yollar rəsmən ayrılıb. III Bundesliqa təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb....

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" komandası ilə vidalaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə yollar rəsmən ayrılıb.

III Bundesliqa təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edirdi. O, bu müddət ərzində Aue təmsilçisində 217 oyuna çıxıb və 48 qol vurub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər