Əsas məzmuna keç

Azərbaycan Memarlıq və İnşaat Universitetində əməkhaqları artırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində əməkhaqları artırılıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 9 milyard 996 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 9 milyard 996 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının 2,5 % artaraq 5 milyard 457 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5 % artaraq 4 milyard 539 milyon manat təşkil edib.

Oktyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 100,9 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 % çox dənli və dənli paxlalı bitkilər, 981,9 min ton (3,9 % az) kartof, 1694,7 min ton (1,7 % çox) tərəvəz, 437,6 min ton (6,2 % az) bostan məhsulları, 787,1 min ton (2,8 % çox) meyvə və giləmeyvə, 182,4 min ton (0,1 % çox) üzüm, 962,3 ton (17,6 % çox) yaşıl çay yarpağı, 26,6 min ton (əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə) günəbaxan, 47,7 min ton (17,4 % az) şəkər çuğunduru, 2,9 min ton (1,1 % az) tütün və 14,3 min ton (63,1 % az) pambıq yığılıb.

9 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 424,5 min ton ət, 1682,9 min ton süd, 1662,7 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3,2 %, süd istehsalı 1,7 %, yumurta istehsalı 11,9 %, barama istehsalı 4,6 % artıb, yun istehsalı isə 3 % azalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…