Əsas məzmuna keç

Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib

Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib

bu barədə İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatası arasında keçirilən sahibkarların görüşündə qeyd edilib....

"yaşıl ", kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə İspaniya təcrübəsindən yararlana bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə İspaniyada səfərdə olan Azərbaycan ilə İspaniya Ticarət Palatası arasında keçirilən sahibkarların görüşündə qeyd edilib.

Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. "Yaşıl enerji", kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə Azərbaycanın İspaniya təcrübəsindən yararlana biləcəyi və bu istiqamətlərdə əməkdaşlığın yüksək potensiala malik olduğu diqqətə çatdırılıb.

İspaniya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə Azərbaycanın biznes imkanlarına dair təqdimat keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…