Operativ Məlumat Mərkəzi

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə birgə fəaliyyət göstərəcək

1 dəq
Paylaş:
Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə birgə fəaliyyət göstərəcək
bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru...

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün birgə fəaliyyət göstərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla neft-qaz bazarındakı vəziyyət, Azərbaycanın Avropanın enerji təchizatında mövcud və gələcək rolu, həmçinin COP29 çərçivəsində enerji sahəsində fəaliyyət gündəliyindəki məsələlər üzrə əməkdaşlığa dair maraqlı müzakirələrimiz oldu. Azərbaycanın "yaşıl enerji" zonası, "yaşıl enerji" dəhlizi təşəbbüslərinin təbliği, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabelləri və enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün IEA ilə birgə fəaliyyəti razılaşdırdıq”, – deyə P.Şahbazov qeyd edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər