Operativ Məlumat Mərkəzi

Azərbaycan Gürcüstanla qarşılıqlı investisiya qoyuluşunu müzakirə edib

1 dəq
Paylaş:
Azərbaycan Gürcüstanla qarşılıqlı investisiya qoyuluşunu müzakirə edib
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib. "Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan...

Azərbaycan və Gürcüstan arasında sərmayələrin qarşılıqlı təşviqi imkanları müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"- xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, sərmayələrin qarşılıqlı təşviqi, nəqliyyat-tranzit, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanları müzakirə etdik", - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər