Azərbaycan dünyada minasızlaşdırma strategiyasının qəbul olunmasını təklif edir

Azərbaycan dünyada minasızlaşdırma strategiyasının qəbul olunmasını təklif edir
15.11.2023 10:47
Aa
dəq

“Azərbaycan dünyada minasızlaşdırma strategiyasının qəbul olunmasını təklif edir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov noyabrın 15-də Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 300-dən çox mülki şəxs həyatını itirib.

Baş nazirin müavinin vurğulayıb ki, Azərbaycan mina təhlükəsi ilə daha çox üz-üzə qalan ölkələrdən biridir:

“Biz təklif edirik ki, dünyada minasızlaşdırma ilə bağlı strategiya müəyyən edilsin. Ümid edirəm ki, Azərbaycanın bu təklifi müsbət qarşılanacaq və dünyanın minasızlaşması istiqamətində addımlar atılacaq”.

Ə.Əhmədov azad edilmiş ərazilərin bərpasına milyardlarla vəsait lazım olduğunu deyib:

“Azərbaycan 3 il öncə öz torpaqlarını işğaldan azad etdi və məlum oldu ki, keçmiş məcburi köçkünlərin ora qayıtması üçün heç bir şərait yoxdur. Azad olunmuş ərazilərinə bərpası üçün isə milyarılarla vəsait lazımdır. Təbii ki, həmin ərazilərin bərpasına uzun zaman və böyük məbləğdə vəsait sərf ediləcək”.

Baş nazirin müavini həmçinin əlavə edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində maraqlıdır.

Həftənin ən çox oxunanları

Kral III Çarlz Muxtar Babayevi qəbul edib

Kral III Çarlz Muxtar Babayevi qəbul edib
DAVAMIN OXU davamın oxu

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
DAVAMIN OXU davamın oxu