Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
11.05.2024 16:12
Aa
dəq

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçirilən Avropa Kata turnirində fəxri kürsüyə qalxıblar.

Azərbaycan Cüdo Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yığmanın heyətində İsmayıl Rzayev (tori / hücum edən idmançı) və İbrahim Aslanov (uke / hücum edilən idmançı) bürünc medal qazanıblar.

Onlar böyüklər arasında “Nage-no-Kata” üzrə 353,5 xal toplayaraq buna nail olublar.

Qeyd edək ki, bu, Azərbaycan cüdo tarixində katada əldə edilən ilk medaldır.

Həftənin ən çox oxunanları