Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür

Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür
07.10.2024 15:25
Aa
dəq

Azərbaycan hökuməti Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) maliyyə öhdəlikləri ilə yanaşı, birbaşa və ya dolayısı ilə əlaqədar olan digər əlavə təşkilati xərcləri öz üzərinə götürür.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, müvəqqəti olaraq müəyyən edilən 5 milyon 811 min 800 ABŞ dolları miqdarında belə xərclərə katibliyin və Konfransı planlaşdırmaq, xidmət göstərmək və ya iştirak etmək üçün təyin edilmiş Birləşmiş Millətlər Təşkilatının digər rəsmi şəxslərinin səyahət və işçi hüquqları ilə bağlı faktiki əlavə xərclər, o cümlədən bu Sazişin bağlanmasından əvvəl həyata keçirilənlər də daxil olmaqla, Konfransı planlaşdırmaq üçün tələb olunan hazırlıq texniki missiyalar üzrə xərclər və informasiya və kibertəhlükəsizlik və veb yayımı xidmətlərinin xərcləri aiddir, lakin bunlarla məhdudlaşmır.

Hökumət bu təxmin edilən məbləği vəsaitlərin köçürülməsi üçün Tərəflər arasında məktub mübadiləsi yolu ilə bağlanacaq ayrıca sazişə uyğun olaraq katibliyə köçürəcəkdir.

Həftənin ən çox oxunanları

Putin və ya Mişustin COP29-da iştirak etmək üçün Bakıya gələ bilər

Putin və ya Mişustin COP29-da iştirak etmək üçün Bakıya gələ bilər
DAVAMIN OXU davamın oxu

COP29 zamanı Şura iclasında iştirak edəcək bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaq

COP29 zamanı Şura iclasında iştirak edəcək bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaq
DAVAMIN OXU davamın oxu

Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq

Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq
DAVAMIN OXU davamın oxu

Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək

Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb

Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb
DAVAMIN OXU davamın oxu