Operativ Məlumat Mərkəzi

Azərbaycan BMT ilə enerji səmərəliliyinə investisiyaların artırılmasını müzakirə edib

1 dəq
Paylaş:
Azərbaycan BMT ilə enerji səmərəliliyinə investisiyaların artırılmasını müzakirə edib
{"az":"bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov \"X\" sosial şəbəkəsindəki hesabında yazıb. Nazir bildirib ki, müzakirələr BMT-nin İnkişaf Proqramının...","en":"","ru":""}

Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivlərini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, müzakirələr BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə keçirilən görüşdə aparılıb: “Görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik. Dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı potensial tərəfdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər