Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə 2-ci dəfə ev sahibliyi edəcək

Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə 2-ci dəfə ev sahibliyi edəcək
02.09.2023 10:21
Aa
dəq

74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda baş tutmasına artıq 30 gün qalır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə 2-ci dəfə ev sahibliyi edəcək.

İlk dəfə 1973-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə 24-cü Beynəlxalq Astronavtika Konqresi məhz Azərbaycanda keçirilib.

1 ildən çox davam edən hazırlıq işləri bitmək üzrədir.  Kosmik sənaye üzrə dünyanın ən nüfuzlu tədbiri olan Konqres bu sənaye üzrə müxtəlif ölkələrdən qabaqcıl nümayəndələrini, o cümlədən Yaponiya, Birləşmiş Krallıq, İtaliya, Fransa, ABŞ kimi ölkələrin kosmik agentliklərini, NASA, "SpaceX", "Airbus" kimi iri şirkətləri bir araya gətirir.

Dünyaca tanınmış yəhudi professor, yazıçı Yuval Noy Harari Konqresin Açılış Mərasimində moderatorluq edəcək.

20-dən çox dünyaca tanınmış astronavtlar Bakıda keçirilən Konqresdə zəngin bir proqramla iştirak edəcəklər. 

Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb və beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən Konqresləri geridə qoyub.

Kosmik sahədə qlobal tədbirə hazırlığın digər böyük uğuru Bakı Konqresinə təqdim edilən elmi məqalələrin sayındadır. Bakı Konqresinə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. 75-dən çox ölkədən yüksək ixtisaslı mütəxəssi­slər, o cümlədən 2500-dən artıq gənclər Konqresdə öz iştirakını təsdiqləyiblər. 

Həftənin ən çox oxunanları