Əsas məzmuna keç

Azərbaycan-ABŞ: ATƏT PA-da rəsmi görüş

Azərbaycan-ABŞ: ATƏT PA-da rəsmi görüş

ATƏT Parlament Assambleyasında Bakı və Vaşinqton arasında danışıqlar aparılıb. Diplomatik təmaslarda hansı strateji məsələlər və regional təhlükəsizlik müzakirə olunub?

en ru

Milli Məclisinin Assambleyasında nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Assambleyanın Haaqada keçirilən sessiyası çərçivəsində nümayəndə heyətinin rəhbəri, konqresmen Co Vilson ilə görüş keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata əsasən, Q. Məmmədov C. Vilsonu ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkə rəhbərliyi arasında qarşılıqlı etimad və hörmətə əsaslanan şəxsi münasibətləri və yüksək səviyyəli dialoqu, bölgədə və əməkdaşlığın bərqərar olunmasına ABŞ-ın töhfələrini və ikitərəfli münasibətlərin möhkəmlənməsini məmnuniyyətlə qeyd ediblər.

Görüş zamanı həmçinin ATƏT Parlament Assambleyasının 2027-ci ildə ABŞ-da keçirilməsi gözlənilən illik sessiyası və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…