Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, telefon danışığı zamanı Azərbaycan ilə BƏƏ arasında mövcud strateji tərəfdaşlıq münasibətləri, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda regional və beynəlxalq təhlükəsizlik mühiti ilə bağlı aktual mövzular müzakirə olunub, qlobal proseslərin iki ölkənin maraqlarına təsiri dəyərləndirilib. Tərəflər əlaqələrin müxtəlif istiqamətlər üzrə daha da gücləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.