Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Süni intellekt sahəsinə yeni vergi və gömrük güzəştləri gəlir

2 dəq
Paylaş:
Süni intellekt sahəsinə yeni vergi və gömrük güzəştləri gəlir

Azərbaycanda bu ilin sonuna kimi "İnvestisiya Təşviqi Sənədi" aləti (Sİ) fəaliyyətinə şamil ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Buraya süni intellekt, innovasiya və yüksək texnologiya sahələri üzrə , və sosial sığorta güzəştləri daxildir.

Həmçinin, süni intellekt şirkətlərinin güzəştlərdən faydalanması üçün Elektron Müraciət Sisteminin (bir pəncərə) istifadəyə verilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax