2025-ci il üzrə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 955,1 milyon manat, xərcləri isə 44 milyard 651,9 milyon manat səviyyəsində icra olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən illə müqayisədə icmal büdcə gəlirləri cüzi artıb, xərclər isə 4,2 faiz yüksəlib.
Azərbaycanın icmal büdcəsinin profisiti 2 dəfə azalıb
İlin yekunlarına əsasən, icmal büdcədə 3 milyard 303,2 milyon manat məbləğində profisit yaranıb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 35 faiz azdır.
İcmal büdcənin əsas tərkib hissələrindən olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 8 milyard 88,7 milyon manat, xərcləri isə 7 milyard 518,2 milyon manat təşkil edib. İşsizlikdən Sığorta Fondunun büdcə gəlirləri 242,3 milyon manat, xərcləri 213,3 milyon manat səviyyəsində qeydə alınıb.
İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2 milyard 6 milyon manat, xərcləri isə 2 milyard 418 milyon manat olub. Dövlət Neft Fondunun büdcə göstəricilərinə gəlincə, hesabat dövründə fondun gəlirləri 17 milyard 169,2 milyon manat, xərcləri isə 14 milyard 586,5 milyon manat həcmində icra edilib.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 451 milyon manat, xərcləri isə 445,6 milyon manat təşkil edib.