Əsas məzmuna keç

Deputat: “2026-cı ilin büdcəsi sosial yönümlü və makroiqtisadi sabitliyin göstəricisidir”

Deputat: “2026-cı ilin büdcəsi sosial yönümlü və makroiqtisadi sabitliyin göstəricisidir”

“2026-cı il dövlət büdcəsinin əsas məqsədi sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunun davamlı artımının...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“2026-cı il dövlət büdcəsinin əsas məqsədi sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunun davamlı artımının təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsidir.”

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat bildirib.

O qeyd edib ki, həm 2025-ci ilin sosial-iqtisadi göstəriciləri, həm də 2026-cı ilə dair proqnozlar ölkədə makroiqtisadi sabitliyin möhkəm şəkildə qorunduğunu təsdiqləyir.

Deputatın sözlərinə görə, gələn il ÜDM-in 134,1 milyard manata çatacağı və 2,9% artacağı gözlənilir ki, bu da iqtisadi artımın davamlı xarakter daşıdığını göstərir.

O vurğulayıb ki, səhiyyə xərclərinin tarixi səviyyədə artırılması, icbari zərfinin genişləndirilməsi və dövlət proqramlarının sığorta fondu çərçivəsində maliyyələşdirilməsi sosial yönümlü dövlət siyasətinin nəticəsidir. 2026-cı ildə səhiyyə xərclərinin 2025-ci illə müqayisədə 30,7 , 2024-cü ilin icrası ilə müqayisədə isə 195,5 milyon manat artacağı qeyd olunub. Dövlət büdcəsinin xərcləri strukturunda səhiyyənin payının 4,9%-ə yüksəlməsi də müsbət hal kimi dəyərləndirilir.

Deputat əlavə edib ki, sosial yönümlü yanaşmanın davamı olaraq gələn ilin dövlət büdcəsi xərclərinin 41%-i sosial sahələrə yönəldilib. fondları üzrə həm gəlirlərin, həm də xərclərin artması, işsizliyə görə sığorta ödənişlərinin 6% artırılması da əhalinin rifahına yönəlmiş addımlardır.

Soltan Məmmədov çıxışı zamanı təmsil etdiyi Xəzər rayonunda içməli su təchizatı, qrun və tullantı sularının idarə olunması ilə bağlı məsələlərin diqqətə ehtiyac duyduğunu deyib. O, Buzovna, Şağan və Mərdəkan qəsəbələrində yeraltı suların idarə olunması sistemlərinin təkmilləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb. Rayonun turizm potensialını və yeni yaşayış massivlərinin artımını nəzərə alaraq, deputat 2026-cı ilin dövlət büdcəsində bu infrastruktur layihələri üçün məqsədli büdcə fondlarından vəsait ayrılmasını hökumətdən xahiş edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…