Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım ödənildi

2 dəq
Paylaş:
İkinci Dünya müharibəsi iştirakçılarına maddi yardım ödənildi

1941–1945-ci illər İkinci müharibəsi iştirakçılarına və İlham Əliyevin 24 aprel 2026-ci il tarixli sərəncamında nəzərdə tutulan digər şəxslərə maddi yardımlar ödənilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərəncama uyğun olaraq, faşizm üzərində qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2750 manat birdəfəlik maddi yardım ödənilib.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 1500 manat birdəfəlik maddi yardım ödənilib.

Sərəncam 13 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı olan ümumilikdə 2 minə yaxın şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax