Milli Məclis Azərbaycan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması barədə qərar qəbul edib. Parlamentin plenar iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, aşağıdakı təyinatlar təsdiqlənib:
- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilib.
- Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayev vəzifəsi dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin olunub.
Sənəd parlamentdə keçirilən səsvermə nəticəsində qəbul edilib.