Əsas məzmuna keç

Milli Məclis bir sıra məhkəmələrə hakim təyinatlarını təsdiqləyib

Milli Məclis bir sıra məhkəmələrə hakim təyinatlarını təsdiqləyib

Parlamentin plenar iclasında müxtəlif şəhər və rayon məhkəmələri üzrə kadr dəyişiklikləri müzakirə olunaraq qəbul edilib.

en ru

Milli Məclisin keçirilən plenar iclasında , Sumqayıt, Gəncə və digər bölgələrdə fəaliyyət göstərən məhkəmələrdə hakim vəzifələrinə təyinatlar və yerdəyişmələr həyata keçirilib.

Müzakirələrdən sonra səsverməyə çıxarılan qərara əsasən, aşağıdakı şəxslərin vəzifələri Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər:

  • Əliyeva Aytən Heydər qızı (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi)
  • Hüseynov Telman Qulaməli oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi)
  • Nuriyev Elnur Aləm oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi)
  • İsmayılzadə Fərid Sabir oğlu ( İnzibati Məhkəməsinin hakimi)
  • Abdullayev Elşən Uğur oğlu ( Kommersiya Məhkəməsinin hakimi)
  • Hüseynov Elməddin Mirpaşa oğlu (Nəsimi Rayon Məhkəməsinin hakimi)
  • Qafarova Rəna Nazim qızı (Səbail Rayon Məhkəməsinin hakimi)

Həmçinin, Vahid Nəriman oğlu Sadıqov Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən, Nural Turab oğlu Əliyev isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediliblər. Bilal Mahir oğlu Məmmədov isə Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə keçirilib.

Bundan başqa, Şəki Apellyasiya Məhkəməsinə Etibar Mustafa oğlu Mustafayev və Anar Əlifağa oğlu Əsgərov, Şirvan Apellyasiya Məhkəməsinə isə Fəxri Hümmət oğlu Hacızadə və Nicat Rauf oğlu Ağabəyov hakim təyin olunublar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…