Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan Rusiyaya nota verdi: Zatulinə görə səfir XİN-ə çağırıldı

2 dəq
Paylaş:
Azərbaycan Rusiyaya nota verdi: Zatulinə görə səfir XİN-ə çağırıldı

6 fevral 2026-cı il tarixində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

“K.Zatulinin uzun müddətdir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.

Görüşdə, Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb” , - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax