Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Astara gömrüyündə 52 kq narkotik tutuldu

1 dəq
Paylaş:
Astara gömrüyündə 52 kq narkotik tutuldu

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirləri zamanı xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" komitəyə istinadən xəbər verir ki, “Cənub-Astara” gömrük postunda aşkar edilib. Belə ki, İran ərazisindən Rusiyaya tranzit keçməklə “göyərti” yükü daşıyan vasitəsi stasionar rentgen qurğusunda yoxlanılarkən şübhəli cizgilər müşahidə olunub.

Bundan sonra yük avtomobili kinoloji xidmət itinin cəlb edilməsi ilə əsaslı gömrük yoxlamasına məruz qalıb. Aparılan yoxlama zamanı vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilmiş, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram olan marixuana aşkar edilib.

Aşkarlanmış xüsusilə külli miqdarda qiymətləndirilir və qanunsuz dövriyyədən çıxarılıb. Faktla bağlı müvafiq araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax