Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunda yeni tədris ili başlayıb

2 dəq
Paylaş:
Azərbaycan Ordusunda yeni tədris ili başlayıb

general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlərdə çıxış edənlər , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, müdafiə nazirinin və Baş Qərargahın qoşunların hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və direktivləri şəxsi heyətin diqqətinə çatdırıblar.

Yeni tədris ilində qabaqcıl metodlardan və yüksək texnologiyalardan geniş istifadə etməklə keçirilən təlim-məşqlərin keyfiyyətinin, eləcə də intensivliyinin artırılmasının vacibliyi qeyd edilib. Bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən 44 günlük Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla tədris prosesində əsas diqqət müxtəlif iqlim, çətin relyef şəraitində, gecə və gündüz saatlarında şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın effektiv tətbiq edilməsi üzrə bacarıqların daha da artırılmasına yönəldiləcək.

Maddi-texniki bazanın gücləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tədbiqi, əsaslı planlaşdırma və digər təşkilati məsələlərin uğurlu həlli yeni tədris dövründə döyüş hazırlığının daha keyfiyyətli təşkilinə zəmin yaradacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə