Operativ Məlumat Mərkəzi

Sabah Azərbaycanda hava necə olacaq? – Yanvarın 23-nə olan proqnoz

2 dəq
Paylaş:
Sabah Azərbaycanda hava necə olacaq? – Yanvarın 23-nə olan proqnoz

Azərbaycanda yanvarın 23-də gözlənilən açıqlanıb. Milli Hidrometeorologiya ölkə üzrə sabahkı ilə bağlı məlumat yayıb.

Bakıda və yarımadasında hava proqnozu

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, bəzi vaxtlar buludlanma müşahidə ediləcək. Ümumilikdə isə yağıntının gözlənilmədiyi bildirilir. Şimal-qərb istiqamətli külək üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə saatlarında 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz isə 4–8 dərəcə isti arasında dəyişəcək. Atmosfer təzyiqinin 761 mm civə sütunundan 758 mm civə sütununa enəcəyi proqnozlaşdırılır. Nisbi rütubət gecə 75–80 faiz, gündüz isə 65–70 faiz olacaq.

Qeyd edilib ki, gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi ərazilərdə qısamüddətli yağıntı və qar müşahidə oluna bilər. Ayrı-ayrı bölgələrdə duman ehtimalı da istisna edilmir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə saatlarında 1–6 dərəcə şaxta, gündüz 5–9 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 7–12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə temperaturun 12–16 dərəcə şaxtayadək enəcəyi bildirilir. Gün ərzində dağlıq ərazilərdə 0–5 dərəcə şaxta gözlənilir.

Sinoptiklər xəbərdarlıq ediblər ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlaya bilər. Sürücülərə diqqətli olmaları tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax