Operativ Məlumat Mərkəzi

AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü

1 dəq
Paylaş:
AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü
bu məlumatı fövqəladə hallar üzrə dispetçer xidməti təsdiqləyib. Təyyarənin Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında düşdüyü bildirilir.  ...

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, ilkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Məlumata görə, Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.

Qeyd olunur ki, təyyarə AZAL-a məxsusdur.

***

Bakıdan Qroznıya uçan təyyarə Aktauda düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məlumatı fövqəladə hallar üzrə dispetçer xidməti təsdiqləyib.

Təyyarənin Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında düşdüyü bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər