Əsas məzmuna keç

Qəza ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcək

Qəza ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcək

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək. Bunu...

AZAL-a məxsus təyyarənin yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun 2025-ci ilin sonuna qədər təqdim ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-lərinə istinadən xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında nazirinin müavini Talqat Lastayev bildirib.

"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələbləri, standartları və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır", - o bildirib.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…