Azərbaycanın U-15 millisinin UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb

Azərbaycanın U-15 millisinin UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb
21.08.2023 16:41
Aa
dəq

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Estoniyanın paytaxtı Tallində təşkil olunacaq UEFA İnkişaf turnirində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, baş məşqçi İlham Yadullayev yarışa 17 oyunçu aparmaq qərarına gəlib.

Onlardan 7-si “Sabah”ın, 5-i isə “Qarabağ”ın formasını geyinir.

U-15-in yekun heyəti: Rauf Əyyubov, Toğrul Mehdizadə, Nihad Şirinzadə, Emil Məmmədov, Renat Muştakov, Nicat Kərimov, Samir Şərifov (hamısı “Sabah”), Uğur Qurbanlı, Əli Bəşirov, Hüseyn Bayramov, Murad İbrahimli, Polad Hüseynov (hamısı “Qarabağ”), Rəşad Gülüşov, Kəmal Mustafazadə (hər ikisi “Leon”), İmran Lətifov (EFA), Amil Abuşov (“Sumqayıt”), Allahverdi Şirinov (“Qəbələ”).

Qeyd edək ki, U-15 millimiz avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Həftənin ən çox oxunanları

"Barselona" Yamal ilə müqaviləni uzadacaq

DAVAMIN OXU davamın oxu

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

DAVAMIN OXU davamın oxu

Mendi "Real"da qalacaq

Mendi
DAVAMIN OXU davamın oxu

"İnter" yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb

DAVAMIN OXU davamın oxu

Onlar “Qarabağ”ı Avroliqanın “pley-off”unda görürlər

Onlar “Qarabağ”ı Avroliqanın “pley-off”unda görürlər
DAVAMIN OXU davamın oxu