Əsas məzmuna keç

Ayxan Hacızadə Çexiya Deputatlar Palatasının sədrinə cavab verib

Ayxan Hacızadə Çexiya Deputatlar Palatasının sədrinə cavab verib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o "X"də yazıb.

"Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı" , - o bildirib.

Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda parlamentinin sədri ilə birgə mətbuat konfransında Azərbaycanın guya Ermənistanla danışıqlardan çəkinməsi barədə iddialar səsləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…