XİN Borelə cavab verib

XİN Borelə cavab verib
05.12.2023 20:09
Aa
dəq

"Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Jozep Borel tərəfindən səslənmiş fikirlər ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

"Aİ Komissiyasının vitse-prezidenti Jozep Borelin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir.

Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Jozep Borelin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur.

Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir.

Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır.

Jozep Borelin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir.

Aİ nümayəndəsinə, həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq olunması bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünümüdafiə hüququndan istidafə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib.

Bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq", - o bildirib.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu