Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ və İran arasında yeni razılaşma layihəsi hazırlanır

2 dəq
Paylaş:
ABŞ və İran arasında yeni razılaşma layihəsi hazırlanır

ABŞ və İran arasında boğazında gəmiçiliyin təmin edilməsi və Tehrana qarşı tətbiq olunan sanksiyaların qismən yüngülləşdirilməsini ehtiva edən 60 günlük sazişi üzərində işlər yekunlaşmaq üzrədir. "" portalına açıqlama verən amerikalı rəsmi şəxsin sözlərinə görə, razılaşma layihəsi tərəflərin qarşılıqlı öhdəliklərini əhatə edir.

Razılaşmanın əsas şərtləri:

  • İran Hörmüz boğazında sərbəst gəmiçiliyi təmin etməyi və dəniz minalarını təmizləməyi öhdəsinə götürür.
  • ABŞ İran limanlarının blokadasını aradan qaldırmağa və neft ixracı ilə bağlı sanksiyalara istisnalar tətbiq etməyə hazırlaşır.
  • Tehran nüvə silahı hazırlamaqdan imtina etməyi, uranın zənginləşdirilməsini dayandırmağı və mövcud ehtiyatlarını ölkədən çıxarmaq üçün danışıqlara başlamağı planlaşdırır.

Vaşinqton bəyan edib ki, sanksiyaların tam ləğvi və dondurulmuş aktivlərin qaytarılması Tehranın üzərinə düşən öhdəlikləri yerinə yetirməsindən asılı olacaq. Mənbələr sazişin bazar günü elan edilə biləcəyini, lakin hələlik yekun razılığın əldə olunmadığını bildirirlər. Sənəd, həmçinin İsrail və "Hizbullah" arasında müharibənin dayandırılmasını da nəzərdə tutur.

Danışıqlar prosesində Pakistan əsas vasitəçi qismində iştirak edir, məsləhətləşmələrə , Qətər, Misir və də cəlb olunub. ABŞ rəhbərliyi münasibətlərin normallaşması və iqtisadi potensialın reallaşdırılması üçün ciddi addımlar atmağa hazır olduğunu nümayiş etdirir.

Xatırladaq ki, fevralın 28-də başlayan hərbi əməliyyatlar və İranın Ali rəhbəri Əli Xameneinin ölümü ilə nəticələnən gərginlik, aprelin 8-də atəşkəs razılaşması ilə müvəqqəti səngimişdi. Regionda limanların və boğazın blokadaya alınması qlobal enerji böhranına yol açmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax