Bakıda avtosalondan maşın qaçırılıb

Bakıda avtosalondan maşın qaçırılıb
29.03.2023 10:26
Aa
dəq

Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə paytaxtın Xətai və Nəsimi rayonları ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, martın 28-də gecə saat 1 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtosalonlardan birinin qarşısından “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Maarif Əzizov saat 2 radələrində avtomobillə saxlanılıb.

Martın 27-də saat 8 radələrində Nəsimi rayonu ərazisindən “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Rəşad Abdullayev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı Xətai və Nəsimi Rayon Polis idarələrində araşdırmalar aparılır.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu