Əsas məzmuna keç

Avtomobilin içərisindəki şüşələrin donmasının səbəbi məlum olub

Avtomobilin içərisindəki şüşələrin donmasının səbəbi məlum olub

Qışda avtomobilin içərisindəki şüşələr içəri və çöldəki temperatur fərqindən donur. Bu barədə “Rossiyskaya qazeta” “Fit Service” avtomobil servis...

Qışda avtomobilin içərisindəki şüşələr içəri və çöldəki temperatur fərqindən donur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” “Fit Service” servis şəbəkəsinin texniki direktoru Aleksey Ruzanova istinadən məlumat yayıb.

“ kabinənin içərisi ilə çölü arasındakı temperatur fərqi səbəbindən baş verir. Çəkməmizdəki qarı çıxarmadan maşına mindik və nəticədə şüşələr dumanlandı. Kabin içərisində isti və rütubətli oldu. Səfərdən sonra evə qayıdırsan, mühərrik sönür və maşın soyuqda qalır, sonra oturmuş rütubət buza çevrilir”, - deyə Ruzanov bildirib.

Onun sözlərinə görə, qar şüşənin içərisinə girməməlidir ki, donmasın. Bundan əlavə, ərinmiş su həsirlərdən çıxarılmalıdır. Həmçinin kabinəni havalandırmaq və kabin filtrini yenisi ilə əvəz etmək lazımdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…