Avstraliyanın Kvinslend əyalətinin Tara qəsəbəsində davam edən yanğınlarda 11 min hektar meşə sahəsi külə dönüb, 2 nəfər həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ən azı 350 nəfərin evlərindən təxliyyə edildiyi qəsəbədə bir müddət sonra təxliyə əmri ləğv edilib. Bununla belə, səlahiyyətlilər sakinlərə evlərinə qayıtmağın hələlik təhlükəsiz olmadığı barədə xəbərdarlıq edib.
Ştatın Millmerran qəsəbəsində baş verən yanğında 50 nəfərin evlərindən təxliyə edildiyi, 1 evin yandığı bildirilib.