Əsas məzmuna keç

"Avroviziya"da Azərbaycandan olan səsverməni elan edəcək şəxs müəyyənləşib

"Avroviziya"da Azərbaycandan olan səsverməni elan edəcək şəxs müəyyənləşib

"Avroviziya-2023" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətindən...

"Avroviziya-2023" müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb.

İctimai Televiziya və Yayımları Şirkətindən (İTV) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflərin verəcəyi səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.

Aparıcı yarışmanın qaydalarına əsasən, gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək.

Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Müsabiqənin üzrə şərhçisi isə tanınmış aparıcı Azər Süleymanlı olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…