Avropaya göndəriləcəkləri vədi ilə aldadılaraq Bakıya gətirilən 12 miqrant saxlanılıb

Avropaya göndəriləcəkləri vədi ilə aldadılaraq Bakıya gətirilən 12 miqrant saxlanılıb
16.11.2023 14:13
Aa
dəq

Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycanda olma və ya yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 12 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb.

Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib.

Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları