Operativ Məlumat Mərkəzi

Avropa Sülh Fondunun həcminin 3,5 milyard avro artırılması təsdiqlənib

1 dəq
Paylaş:
Avropa Sülh Fondunun həcminin 3,5 milyard avro artırılması təsdiqlənib

Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkənin xarici işlər nazirləri Avropa Sülh Fondunun həcminin 3,5 milyard avro artırılmasını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Lüksemburqda iclası keçirilən Aİ Şurasının bəyanatında deyilir.

“Bu gün Şura 20 mart 2023-cü il tarixli razılaşmaya əsasən, Avropa Sülh Fondunun ümumi maliyyə tavanının 3,5 milyard avro artırılması barədə qərar qəbul edib. Bu qərar uzunmüddətli perspektivdə fondun maliyyə sabitliyini və proqnozlaşdırıla bilinməsini təmin etmək, habelə onun qlobal coğrafi əhatə dairəsini və Aİ-nin böhranların və münaqişələrin qarşısını almaq və onlara operativ reaksiya vermək qabiliyyətini saxlamaq məqsədi daşıyır”, - bəyanatın mətnində deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər