Bir çox Avropa ölkələri müdafiə xərclərini artıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bunun baş verməsinə səbəb Rusiya-Ukrayna müharibəsinin sabitliyi pozması və müdafiə siyasətində köklü dəyişikliklərin olması olub.
Polşa və Almaniya ilə yanaşı, İsveç və Finlandiya kimi ölkələr də xərclərini rekord sürətlə artırıblar.
Ən nəzərə çarpan artım Polşadadır. Belə ki, Polşa ümumi daxili məhsulun 4,3 faizini ordusuna ayırır.
Bu, ölkənin faktiki ehtiyacından 17 milyard çoxdur.