Avropa Liqasının püşkü atılıb

Avropa Liqasının püşkü atılıb
15.03.2024 16:30
Aa
dəq

UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Bu raundda İtaliya dueli olacaq. Belə ki, “Milan”la “Roma” yarımfinala vəsiqə uğrunda qarşılaşacaqlar. 1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olub.

1/4 final:

“Milan” (İtaliya) - “Roma” (İtaliya)

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)

“Bayer 04” (Almaniya) - “Vest Hem” (İngiltərə)

“Benfika” (Portuqaliya) - “Marsel” (Fransa)

Yarımfinal:

“Benfika” - “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi

“Milan” - “Roma” cütünün qalibi / “Bayer 04” - “Vest Hem”

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.

Həftənin ən çox oxunanları

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" klubu futbolçusuna yeni müqavilə təklif edib

DAVAMIN OXU davamın oxu

"Barselona" Yamal ilə müqaviləni uzadacaq

DAVAMIN OXU davamın oxu

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

DAVAMIN OXU davamın oxu

Mendi "Real"da qalacaq

Mendi
DAVAMIN OXU davamın oxu