Avropa Komissiyasının (AK) yeni strukturu formalaşmasında gecikmələrə görə vaxtında işə başlamayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazır.
"Yeni komissiyanın başlama tarixi çox güman ki, dekabrın əvvəlinə qədər təxirə salınacaq", - deyə bildirilib.
Gecikmə Avropa Parlamenti tərəfindən Avropa komissarı vəzifələrinə namizədlərin təsdiqi prosesi ilə bağlıdır. Qəzet yazır ki, Aİ deputatlarının Brüssel və Strasburq arasında tez-tez səfərləri səbəbindən bu müddət uzun çəkib. AK həmçinin Avropa Komissiyasına müraciət edənlərin uzunmüddətli rəsmi yoxlamaları ilə üzləşib.