“Avropa İttifaqı Çinlə bağlı siyasətini sərtləşdirməlidir, bütün ölkələrin bu məsələdə ümumi fikri var”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “ZDF” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, müxtəlif üzv dövlətlərin Çinlə qarşılıqlı əlaqə məsələsində fərqli maraqları var:
“Ancaq fakt budur ki, Çin çox dəyişib və buna görə də biz Pekinə qarşı siyasətimizi sərtləşdirməliyik”.
O vurğulayıb ki, son bir neçə həftə və aylarda bu məsələ ilə bağlı çox yaxşı müzakirələr aparılıb, getdikcə Aİ-nin izləmək istədiyi ümumi strategiya formalaşıb.