AVRO-2024: Günün ilk oyununda İsveçrə qələbə qazanıb - YENİLƏNİB 5

AVRO-2024: Günün ilk oyununda İsveçrə qələbə qazanıb - YENİLƏNİB 5
15.06.2024 18:53
Aa
dəq

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşü çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A qrupunun ikinci oyununda isveçrəlilər 3:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı 14-cü dəqiqədə Murat Yakının baş məşqçisi olduğu yığma açıb. Kvadvo Dua dəqiq oynayıb. Fasilə ərəfəsində Mişel Ebişer macarları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

66-cı dəqiqədə fərqlənən Barnabaş Varqa hesab arasındakı fərqi azaltsa da, matçın sonuna artırılan dəqiqələrdə adını tabloya yazdıran Brel Embolo İsveçrənin qələbəsində pay sahibi olub.

Qeyd edək ki, bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.

***

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə daha bir qol vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Macarıstan millisi buraxılan qollardan birinin əvəzini çıxıb.

Barnabaş Varqa 66-cı dəqiqədə fərqi minimuma endirib - 1:2.

Qarşılaşma davam edir.

***

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci hissə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarşılaşma isveçrəlilərin 2:0 üstünlüyü ilə davam edir.

Matç saat 17:00-da start götürüb.

***

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci qol vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mişel Ebişer 45-ci dəqiqədə macarları növbəti dəfə oyuna mərləzdən başlamağa məcbur edib.

Bu qol ilk hissənin yekun nəticəsini təyin edib - 0:2.

***

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A qrupunun ikinci oyunda hesab açılıb.

Kvadvo Dua 14-cü dəqiqədə isveçrəliləri hesabda önə çıxarıb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

***

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A qrupunun ikinci oyunu saat 17:00-da start götürüb.

Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

Həftənin ən çox oxunanları

Ronaldo ən çox ardıcıl matç keçirərək Avropa rekordunu qırıb

Ronaldo ən çox ardıcıl matç keçirərək Avropa rekordunu qırıb
DAVAMIN OXU davamın oxu

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib
DAVAMIN OXU davamın oxu

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib
DAVAMIN OXU davamın oxu

Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib

Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib
DAVAMIN OXU davamın oxu

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb
DAVAMIN OXU davamın oxu