Əsas məzmuna keç

Aviaqəzada xəsarət alan iki azərbaycanlının təxliyəsi ilə bağlı həkimlər konsilium keçirəcək

Aviaqəzada xəsarət alan iki azərbaycanlının təxliyəsi ilə bağlı həkimlər konsilium keçirəcək

yaxınlığında baş vermiş təyyarə qəzasından sonra Manqistau vilayət çoxprofilli xəstəxanasında müalicə alan iki azərbaycanlının təxliyəsi məsələsi ilə bağlı həkimlərlə konsilium keçirilməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin məlumat yayıb.

"Təyyarə qəzasında xəsarət alan iki azərbaycanlının təxliyəsi məsələsi üzrə həkimlərlə konsilium keçirilməsi və onların daşınmağa hazırlığının qiymətləndirilməsi planlaşdırılır. Xəstələr müxtəlif travmalarla, əsasən çoxsaylı zədələnmələrlə - qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı travmaları, travmatik şokla daxil olublar", - Səhiyyə Nazirliyindən bildirilib.

Bundan əlavə, qeyd edilib ki, Qırğızıstanın səhiyyə orqanları ilə xəsarət alan üç nəfərin daşınması məsələləri işlənilir, onlardan daşına bilər, biri ağır vəziyyətdədir.

Nazirlikdən bildirilib ki, təyyarə qəzasında xəsarət alan altı nəfərin vəziyyəti stabilləşib.

"Bu gün xəstəxanada altı nəfər müalicə alır. Onlardan dördü reanimasiya şöbəsində, ikisi travmatologiyadadır. Vəziyyətlərində pisləşmə müşahidə olunmur", - qurumdan bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…