Əsas məzmuna keç

Aviaqəzada ölən İran prezidentinin həyat yoldaşı vəzifəsindən kənarlaşdırılıb

Aviaqəzada ölən İran prezidentinin həyat yoldaşı vəzifəsindən kənarlaşdırılıb

İranın Ali Mədəni İnqilab Şurasının katibi Xosropənah Cəmilə Alamolhodanı yanında Təhsil üzrə Qərargahın rəhbəri vəzifəsindən kənarlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Azad İran”a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Bildirilib ki, onun yerinə Cəlal Musəvi Xatir təyin edilib.

Qeyd edək ki, Cəmilə Alamolhoda qəzası nəticəsində olan İran Prezidenti İbrahim Rəisinin yoldaşıdır.

Xatırladaq ki, İbrahim Rəisi bir sıra dövlət məmurları ilə birgə 2024-cü il mayın 19-da helikopter qəzası nəticəsində həlak olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…