Avstraliya polisi Sidneyin qərbindəki yeraltı bunker sistemindən ölkə tarixində ən böyük əməliyyat olan 2,7 ton kokain müsadirə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qara bazarda təxmini dəyəri 816 milyon Avstraliya dolları (500 milyon avro) olan narkotiklər iyunun 19-da Londonderridəki evlərdən birinin ərazisindəki üç nəqliyyat konteynerində saxta döşəmələrin altında gizlədilmiş bölmələrdə aşkar edilib.
Ehtimal ki, polisdən qaçmağa cəhd edən iki nəfər hadisə yerində saxlanılıb və sərhəddən qanunsuz yolla keçirilmiş, nəzarət altında olan narkotik vasitələri saxlamaqda ittiham olunublar.
Bildirilib ki, kokain mütəşəkkil cinayətkar qruplaşmanın əmri ilə Kvinslendin şimalındakı kiçik Mic-Poynt şəhərciyi vasitəsilə Avstraliyaya qaçaq yolla gətirilib.