Əsas məzmuna keç

"Atəşkəsə baxmayaraq, İsrail hücumlarını davam etdirib"

"Atəşkəsə baxmayaraq, İsrail hücumlarını davam etdirib"

bununla bağlı xarici KİV məlumat yayıb. Məsələ ilə bağlı Hatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfikarinin açıqlaması dərc olunub....

İran elanından sonra İsrailin bu ölkəyə hücumlarını üç mərhələdə yerli vaxtla saat 09:00-a qədər davam etdirdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məsələ ilə bağlı Hatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfikarinin açıqlaması dərc olunub.

“Sionist təcavüzkar rejim bu gün səhər saat 09:00-a qədər üç mərhələdə İran ərazisindəki bəzi mərkəzlərə hücum edib", - açıqlamada deyilir.

Qeyd edək ki, atəşkəsin saat 07:00-da başlayacağı bildirilmişdi.

İsrail atəşkəs elan edildikdən sonra İrandan raketlər atıldığını iddia edib və İsrailin İrana hücum verdiyini açıqlayıb.

İran Baş Qərargahı raketlərin İrandan atıldığı iddiasını təkzib edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…