Əsas məzmuna keç

Astarada 64 kq narkotik dövriyyədən çıxarıldı

Astarada 64 kq narkotik dövriyyədən çıxarıldı

DİN-in Astaradakı əməliyyatında Emin Quliyev və Yusif Xalıqov külli miqdarda marixuana və psixotrop həblərlə tutulub. Saxlanılanlar barədə şok cinayət detalları...

en ru

Astarada keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 64 kiloqram aşkarlanaraq dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Astara Rayon Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin saxlanılıb. Onun üzərindən külli miqdarda – 43 kiloqram marixuana və 1520 ədəd tərkibli həb aşkar edilib.

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Xalıqov saxlanılıb. Ondan isə 21 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…