Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ ordusu daha bir gəmiyə zərbə endirdi, ölənlər var

2 dəq
Paylaş:
ABŞ ordusu daha bir gəmiyə zərbə endirdi, ölənlər var

ABŞ ordusu ötən gün Karib dənizində qaçaqmalçılığında istifadə edildiyi ehtimal olunan daha bir gəmiyə zərbə endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Zərbə nəticəsində 4 nəfər həlak olub.

ABŞ Cənub Komandanlığının () məlumatına görə, gəminin narkotik qaçaqmalçılığı ilə məşğul olduğu barədə təsdiqlənmiş kəşfiyyat məlumatları olub.

Komandanlıq gəminin Karib dənizində məlum qaçaqmalçılıq marşrutları üzrə hərəkət etdiyini bildirib.

ABŞ tərəfi həlak olan şəxslərin kimliyini açıqlamayıb. Həmçinin gəminin narkotik daşıdığına dair ictimaiyyətə hər hansı sübut təqdim edilməyib.

Bu zərbə ABŞ Prezidenti administrasiyasının Latın Amerikasında narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən gəmilərə qarşı apardığı təxminən birillik əməliyyatlar çərçivəsində həyata keçirilib.

ABŞ mətbuatının məlumatına görə, son əməliyyatla birlikdə 2025-ci ildən bəri ABŞ ordusunun narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə endirdiyi zərbələr nəticəsində ən azı 227 nəfər 68 hücum zamanı həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə