İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü bəyan edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına əsasən, bu barədə ordunun rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, HƏMAS-ın hərbi qanadı olan "Qəzza" briqadasının komandir müavini və "Zeytun" batalyonunun komandiri İmad Həsən Hüseyn Əslim məhv edilib.
İsrail tərəfinin açıqlamasında bildirilir ki, İmad Həsən Hüseyn Əslim aşağıdakı fəaliyyətlərdə iştirak edib:
- Oktyabrın 7-də İsrail ərazisinə edilən basqınlara rəhbərlik edib.
- Qəzzada İsrail qüvvələrinə qarşı həyata keçirilən hücumları təşkil edib.