Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi Şimal Buzlu Okeanında buz örtüyünün 2025-ci ildə son 40 ilin ən aşağı səviyyəsinə çatacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və Yaponiyanın Milli Qütb Tədqiqat İnstitutunun birgə apardığı araşdırmada Arktikadakı buz örtüyü "Şizuku" adlı peyk vasitəsilə müntəzəm olaraq müşahidə edilib.
Əldə edilən məlumatlara görə, buz örtüyü bu il martın 20-də 13,79 milyon kvadrat kilometrlə maksimum həddə çatıb.
Bu rəqəm 2017-ci ildə müəyyən edilmiş əvvəlki rekorddan 130 min kvadrat kilometr aşağıdır.