Argentina prezidenti Xavyer Miley Avropa turnesi çərçivəsində bu ilin iyununda Ukraynaya səfər edə biləcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "CNN en Espanol" telekanalına müsahibəsində deyib.
"Biz səyahət planı hazırlayırıq, Ukraynaya da səfər etmək ideyası var", - deyə Miley qeyd edib.
Mileyin sözlərinə görə, Argentina Müdafiə Nazirliyi Ukraynaya hər cür kömək edəcək.
O, həmçinin əlavə edib ki, Zelenskinin xahişi ilə Ukraynaya dəstək üçün Latın Amerikası Forumunda iştirak edəcək.