Operativ Məlumat Mərkəzi

Aralıq dənizi üçün quraqlıq xəbərdarlığı

2 dəq
Paylaş:
Aralıq dənizi üçün quraqlıq xəbərdarlığı
İspaniyada qış aylarında yağıntıların qeyri-kafi olduğunu bildirən Kopernik İqlim Dəyişikliyi Xidmətinin mütəxəssisləri bu vəziyyətin su qaynaqlarına...

Mütəxəssislər, orta temperatur artımının davam edəcəyi gözləntilərini ifadə edərək, xüsusilə Aralıq dənizi bölgəsi üçün quraqlıq xəbərdarlığını ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, İspaniyada qış aylarında yağıntıların qeyri-kafi olduğunu bildirən Kopernik İqlim Dəyişikliyi Xidmətinin mütəxəssisləri bu vəziyyətin su qaynaqlarına mənfi təsir göstərəcəyini bildiriblər.

Yaz aylarının və gələn yazın quraq keçəcəyi ilə bağlı xəbərdarlıq edən mütəxəssislər bu qış quraqlıq səbəbindən torpağın rütubətinin Aralıq dənizi və Cənubi Avropa ölkələrində orta səviyyədən xeyli aşağı olduğunu izah ediblər.

May ayında yağıntı olacağı təqdirdə su ehtiyatlarının bir az dolacağını təxmin edən mütəxəssislər bitkilərin vegetasiya dövrünün quraq keçdiyini və bunun kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərəcəyini bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər