Aprelin sonuna kimi neftin barelinin qiyməti 90 dollar ətrafında dəyişəcək

Aprelin sonuna kimi neftin barelinin qiyməti 90 dollar ətrafında dəyişəcək
13.04.2024 14:36
Aa
dəq

İranın İsrailə gözlənilən hücumu ərəfəsində dünya bazarında neftin qiyməti kəskin bahalaşdı. Brent nefti 2023-cü ilin 23 oktyabr tarixindən bu yana ilk dəfə olaraq barel üçün 92 dolları keçdi.

Aprelin 1-də İranın Dəməşqdəki konsulluq binasının İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edilməsindən sonra bu, gözlənilən idi. Hadisə zamanı 16 nəfər, o cümlədən briqada generalı, İnqilab Keşikçiləri Korpusunun «Qüds» qüvvələrinin komandiri Məhəmmədrza Zahidi ölüdürülmüşdü. Həlak olanların içində İnqilab Keşikçiləri Korpusunun yeddi zabiti də vardı.

Dünya mətbuatı iki həftə idi ki, İranın İsrailə vuracağı cavab zərbəsinin variantları üzərində müzakirələr aparırdı və bu, təbii ki, neftin dünya bazarındakı qiymətlərinə təsir edirdi. Müzakirə variantları arasında İranın Hörmüz bağazında neft tankerlərinin hərəkətini dayandırması ehtimalı da vardı.

Dünya üzrə enerjidaşıyıcılarının 20 faizinin hərəkət etdiyi bu boğazda hərəkətin dayanması qiymətlərin rekord səviyyədə qalxmasına səbəb ola bilərdi.

Hər halda, hüsi silahlılarının yaratdığı problemlər üzündən Qırmızı dənizdə neft daşıyan tankerlərin sayı da iki dəfə azalıb. Əgər 2023-cü ilin dekabr ayının əvvəlinə bu marşrutla həftədə orta hesabla 80 tanker neft daşıyırdısa, 2024-cü il martın əvvəlinə onların sayı 40-a düşüb.

Bu marşrutdan yan keçərək, Yaxın Şərqdən Avropaya neft daşıyan tankerlərin hərəkət müddəti 19 gündən 34 günə kimi artıb. Bu isə, təbii ki, treyderlərin və neft istehsalçılarının xərcini artırır.

Bununla yanaşı, sənayecə inkişaf etmiş ölkələri, yəni əsas neft istehlakçılarını birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ehtiyatları da azalıb. Martın sonuna təşkilata daxil olan ölkələrin neft və neft məhsulları üzrə kommersiya ehtiyatlarının toplam göstəricisi 2 milyard 735 milyon barelə enib. Bu, son yarım il üzrə ən aşağı göstəricidir.

Təbii ki, İsrail İrana cavab zərbələri endirsəydi və müharibə uzansaydı, bütün bu amillər işə düşəcəydi və neftin qiyməti sürətlə 1 barel üçün 100 dolları keçəcəydi. Amma bu, baş vermədi. Amerika Birləşmiş Ştatları İsraili İrana cavab zərbəsi vurmaqdan çəkindirə bildi. Həmçinin, İran Hörmüz boğazında neft tankerlərinin hərəkətinə mane olmayacağını bildirdi.

Məhz bu səbəbdən aprelin 15-də artıq neftin qiyməti 90 dollardan aşağı düşdü və günorta saatlarında bir barrelin qiyməti artıq 89,4 dollar idi. Əksər ekspertlər bu qiyməti reala yaxın sayırlar və apreldə neftin barelinin qiymətinin məhz 90 dollar ətrafında dəyişəcəyini güman edirlər.

Amma İsrailin İrana intiqam zərbəsi planlaşdırması barədə xəbərlər də var. Belə olan halda, neftin barelinin qiyməti qısa müddət ərzində 100 dolları ötə bilər.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu